Kişi qadını boşadıqdan sonra onu yenidən necə qaytara bilər?

Kişi qadını boşadıqdan sonra onu yenidən necə qaytara bilər?
19:37 3 Dekabr 2016
399 Ölkə
Ölkə mətbuatı
A- A+

Kişi qadına "səni boşadım" və ya boşamaq niyyəti ilə "ailənin yanına get" kimi sözlər desə, artıq onu boşamış sayılır.

Milli.Az zikr.az-a istinadən bildirir ki, boşanmış qadın başqa kişiyə ərə getmədən iddə müddəti gözləməlidir. İddə müddəti qadının üç dəfə heyz olub qurtarmasını gözləməsinə deyilir. İddə müddəti bitmədən qadınla kişi arasında yaxınlıq (cinsi əlaqə) olarsa, nikah bərpa olunmuş sayılır. İddə müddəti bitdikdən sonra kişi ilə qadın yenidən evlənə bilərlər. Bu halda yenidən kəbin olmalı, qadının vəlisinin razılığı, şahidlərin iştirakı, qadına mehr verilməsi və digər şərtlər yerinə yetirilməlidir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR