Əməl ilə cəza arasında olan uyğunluq

Əməl ilə cəza arasında olan uyğunluq
19:47 3 Dekabr 2016
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Əsl mövzuya gəlməzdən əvvəl deyə bilərik ki, cəzanın üç növü vardır:

1. Qərarla verilən cəza. Bu cəzanı azaltmaq və ya çoxaltmaq olar. Bu, cəzanı verənin özündən asılıdır. Misal üçün, bir nəfər sürücülük qaydalarını pozur və deyirlər ki, onu bu miqdarla cərimə edin. Bu rəqəm hər bir ölkədə fərqlidir, bəzisindən azdır, bəzisində isə çoxdur. Bu məsələdə əsl meyar odur ki, əməl ilə cəza arasında uyğunluq olmalıdır. Misal üçün, əgər sürücü qadağan olunmuş yerdə maşınını saxlasa, belə qərar versələr ki, onun maşınını məhv etsinlər və özünü də əbədi həbsə atsınlar - bu cəza ağıla uyğun gəlmir. Deyirlər ki, bu qayda pozğunluğunun cəzası sadəcə cərimədir. Və ya bir nəfər naməhərəmə baxar və ona desələr ki, bu baxışa görə sən edam olunmalısan, atan və anan da həbs olunmalıdır - ağıl onu qəbul etməz. Çünki əməl ilə cəza arasında uyğunluq yoxdur. Cəzası başqadır.
 
2. Həqiqətdə cəza həmin cinayətin nəticəsidir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, misal üçün, bir nəfər məst halda maşın sürür və ona görə də yol qəzası edir və ayaqları kəsilir. Və ya gözü kor olur. Bu halda demək olmaz ki, mən sadəcə bir saat məst olmuşdum və qalan ömrümü bu cür keçirtməyim düzdürmü? Və ya bir nəfər təcrübə edir ki, əgər bıçaq gözümə batsa, necə olar. Bıçağı gözünə vurur və bütün ömür boyu kor olur. Bu insan deyə bilməz ki, əməlim ilə cəzam uyğun deyildir. Çünki, həmin cəza öz ağılsız əməlinin nəticəsidir.
 
3. Cəza, həmin günah və cinayətdən başqası deyildir. Yəni, həmin cinayət təcəssüm olar və adı da cəza olar. Bu cür cəza dünyaya aid deyildir.
Qeyd etdiyimiz o iki dəstə cəza - dünyaya aiddir, ancaq üçüncüsü ki, insan əməlinin təcəssüm olmasıdır - axirətə aiddir. Bəs görəsən axirətdə insan bu üç növdən hansı ilə cəzalandırılar?
Axirətdə cəza ilə cinayət arasındakı rabitə - səbəb və nəticə rabitəsidir. Cəhənnəm - insan əməllərinin nəticəsində meydana gəlmişdir və insan məhz əməllərinin sayəsində ora daxil olar. İnsanın dünyada gördüyü həmin əməlin batinində, həqiqətdə atəş var idi. Yetim malı yemək kimi. Quran bu haqda buyurur: "Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır)". ("Nisa" 10).
O zaman ki, insan qeybət edər - qardaşının ətini yemiş kimi olar ki, batini atəşdir. Bu əməllər axirətdə öz həqiqi siması ilə bizə təcəssüm olar. O zaman başa düşərik ki, hansı qəbahətli əməli yerinə yetirmişik.
Beləlikə deyə bilərik ki, cəzanın üç növü vardır və Qiyamət gününə şamil olan cəza - üçüncü növ cəzadır. Yəni, əməlin batini və həqiqəti təcəssüm olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR