Bakıda telefon qovşağının 66 yaşlı rəisi bıçaqlandı

Bakıda telefon qovşağının 66 yaşlı rəisi bıçaqlandı
20:22 3 Dekabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata əsasən, hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1950-ci il təvəllüdlü İsmayılov Əyyub Əkbər oğlu qonşusu Rəşad Həsənov ilə əlbəyaxa dava edib. Daha sonra R.Həsənov Ə.İsmayılova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan Ə.İsmayılov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb. Surxanı RPİ-nin 31-ci Polis Bölməsinin (PB) əməkdaşları R.Həsənovu tutaraq istintaqa təhvil verib.

Qeyd edək ki, Ə.İsmayılov Xəzər Rayon Telefon Qovşağının rəisi vəzifəsində çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR