Klyarda balıq - FOTO

Klyarda balıq - FOTO
07:05 4 Dekabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az klyarda balığın hazırlanma qaydasını təqdim edir

Sərfəli və dadlı olan bu yeməyi xırda balıqlardan hazırlayırlar. Kilkə, yaxud salakadan istifadə edə bilərsiniz. 

Tərkibi: 

500 q xırda balıq 
2 yumurta
2 dolu x.q. un
yağ

Balığın başını ayırıb içini təmizləyin. 

Yumurtaları duz və istiotla çalın, un, 1 x.q. su qatıb bir də çalın. Bu klyara sürtgəcdən keçirilmiş pendir, azacıq mayonez, həmçinin xırda doğranmış göyərti də qata bilərsiniz. 

Tavada yağı qızdırın. Fileni klyara batııb yağda qızardın. Lap xırda balığın (tilkə) isə hamısını klyara töküb qarışdırın, qaşıqla yağa salıb oladi kimi qızardın. 

Süfrəyə tərəvəz salatı ilə verə bilərsiniz.

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 





Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/495277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR