Özbəkistanda prezident seçkiləri baş tutub

Özbəkistanda prezident seçkiləri baş tutub
10:47 4 Dekabr 2016
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Özbəkistanda keçirilən prezident seçkiləri baş tutmuş hesab edilib.
"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatı deməyə əsas verir.
Saat 11:00-a olan vəziyyətə görə, adı seçicilər siyahısına daxil edilən 20 milyon 428 min 891 vətəndaşın artıq 33,73%-dən çox hissəsi səs verib.
Özbəkistan prezidenti postuna 4 namizəd – dövlət başçısı vəzifələrinin icraçısı Şavkat Mirziyev, həmçinin üç milli partiyanın rəhbərliyinə daxil olan Xatamjon Ketmonov, Sarvar Otamuradov və Narimon Umarov iddia edir.
Özbəkistanda növbədənkənar prezident seçkiləri sabiq dövlət başçısı İslam Kərimovun vəfatından sonra təyin edilib. O, 2 sentyabr 2016-ci il tarixində dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ozbekistanda-prezident-seckileri-bas-tutub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR