Çinin hava limanında duman səbəbindən 20 min sərnişin qalıb

Çinin hava limanında duman səbəbindən 20 min sərnişin qalıb
11:42 4 Dekabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində çoxlu sayda aviareyslərin ləğvinə və gecikməsinə gətirib çıxaran güclü duman səbəbindən 20 mindən çox sərnişin Çendu şəhər aeroportunda qalıb.
"Report" "Sinxua"ya istinadən xəbər verir ki, "Şuanlyu" Beynəlxalq Hava Limanında bazar günü günorta saatlarınadək 49 aviareys təxirə salınıb.
Aeroportun uçma-enmə zolağı 10 saatdan çox bağlı qalıb və Bakı vaxtı ilə 07:43 radələrində məhdud fəaliyyətə başlayıb. Şənbə günü isə burada 32 reys təxirə salınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinin-hava-limaninda-duman-sebebinden-20-min-sernisin-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR