Bakıda dilənçilik və avaralıq edən daha 20 nəfər saxlanılıb

Bakıda dilənçilik və avaralıq edən daha 20 nəfər saxlanılıb
11:08 6 Yanvar 2015
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda dilənçi və avara həyat tərzi sürən 20 nəfər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ Post Patrul Xidməti Bölüyü (PPXB), 6-cı PB, Nərimanov RPİ PPXB, 17-ci PB, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində, müvafiq olaraq, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 3 kişi, 8 qadın, 9 azyaşlı saxlanılıb.

Polis əməkdaşları onlarla fərdi söhbətlər aparıb, barələrində inzibati qaydada protokol tərtib ediblər. Sonra onların qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.

Qeyd edək ki, bundan əvvəl Bakıda avaralıq və dilənçilik edən 78 nəfərin saxlandığı bildirilmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR