40 yaşından sonra cavan qalmağın yolları

40 yaşından sonra cavan qalmağın yolları
18:31 4 Dekabr 2016
340 Şou
Ölkə mətbuatı
A- A+

Axşam.az xarici KİV-ə istinadən 40 yaşdan sonra cavan qalmaq üçün qadın və kişilərə lazım olan qidaları təqdim edir:

Qadınlara lazım olan qidalar:

- A vitamini (mal ciyəri, yumurta sarısı, kərə yağı, bitki yağı, mal əti, paltus (şimal dənizlərində yaşayan kambala cinsli balıq), B6 (soya, quşqonmaz, düyü, noxud), C (bolqar bibəri, kələm, kivi, sitrus meyvələri, quşüzümü) və bioflavonoidlər (sarımsaq, zəncəfil). Bunlar stress və yüklənmələr zamanı qadının immun sisteminin işini yaxşılaşdırır.
 
- D vitamini orqanizmin kalsium ehtiyacını qarşılayır.
 
- Maqnezium ürək xəstəliklərindən, bağırsaq xərçəngi və diabetdən qoruyur.

- K vitamini (balqabaq, yaşıl noxud və s yaşıl tərəvəzlər) sümüklərin sağlamlığı üçün vacibdir.
 
-Xüsusilə pəhrizdə olub, zülal və yağ  qəbulunu azaldanlar dəmirlə zəngin qidalar (qarabaşaq, mal ciyəri, yaşıl alma) seçməlidir. Dəmirin azlığı enerji itirilməsinə, solğun görüntüyə səbəb olur.
 
- Cinsi hormonlar olan estroqenin aktivliyi üçün E (bitki yağı, lobya), K (ispanaq, balqabaq, yaşıl noxud, yumrta sarısı), fol turçusu (cəfəri, rəngli və gül kələm) lazımdır.
 
Kişilərə lazım olan qidalar:

- A,C və E vitaminləri - antioksidantlar kişi orqanizmini ətraf mühitin pis təsirindən qoruyur və yaşlanmanı gecikdirir.
 
- B qrupu vitaminlər damar sisteminə müsbət təsir edən, ürək tutmalarının baş verməsinin qarşısını alan hormonların yaranmasını sürətləndirir.

- Sink (dəniz məhsulları, qoyun əti, balqabaq, göbələk) və A vitamini cinsi aktivliyi artırır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR