Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları
(FTX) Azərbaycan və Qazaxıstandan olan həmkarları ilə birgə
keçirdikləri əməliyyat nəticəsində Xəzər dənizi hövzəsində sərhəd
pozuntusuna yol verən 1400-dən çox şəxsi saxlayıb.
Publika.az “TASS”-a istinadən xəbər verir ki, bu
barədə FTX-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, keçirilən əməliyyatlar nəticəsində saxlanılan 1400
şəxslə yanaşı, 1470-dən çox kiçik həcmli gəmi və 625 min 152 metr
tor ələ keçirilib.
“15 min tondan çox bioloji resursların qanunsuz dövriyyəsinin
qarşısı alınıb. Əməliyyatlar bu ilin 15 aprel-15 may və 30
avqust-31 oktyabr tarixlərində keçirilib. Əməliyyatlarda Azərbaycan
Dövlət Sərhəd Xidmətinin nümayəndələri və Qazaxıstan Milli
Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin əməkdaşları da iştirak
edib”, - deyə məlumatda qeyd olunub.
Asif