“Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi məqsədilə hazırlanan layihə yaxın zamanlarda ölkə başçısına təqdim ediləcək”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Komitə sədri deyib ki, sözügedən sənəd əsasında islahatlar davam etdiriləcək:
“Vergi sistemində şəffaflığın təmin olunmasına nail olmaqla, büdcədə vergidən daxilolmaları artırmaq mümkün olacaq”.
Vasif Həsənli