Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gəlinini öldürməkdə təqsirləndirilən Məlikməmməd Adıgözəlovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşdırılıb. Dekabrın 15-də dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində cəza istəyəcək.

İttihama görə, bu ilin iyul ayında Xaçmaz rayonun Uzunoba kəndində kənd sakini, 1954-cü il təvəllüdlü M.Adıgözəlov keçmiş gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Hadisəni törədən M.Adıgözəlov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ittiham olunur.

Milli.Az