Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində baş tutub.
Görüşdə nazirlər Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə etdilər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətinə toxundular.
Tərəflər həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi apardılar.