Bakı. 9 dekabr. REPORT.AZ/ "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəvəti əsasında dekabrın 8-də axşam radələrində həmsədr ölkələrin, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi baş tutub".
Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib
"Bundan əvvəl Ermənistan tərəfi hər bir vəchlə rəsmi şəkildə 2+3 formatında görüşlərdən qaçırdı. Fransa tərəfinin Hamburq görüşündən əvvəl irəli sürdüyü bu təklifə münasibət bildirmirdi.
Şam yeməyi əsnasında növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb", deyə o, əlavə edib.