Bakı. 9 dekabr. REPORT.AZ/ "Cənubi Qafqaz regionu çox böyük imkanlara malikdir".
"Report"un məlumatına görə, bunu NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici ofisin rəhbəri, Rumıniyanın Azərbaycandakı səfiri Uilyam Lahyu deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə inkişaf edən ölkələrdir və gələcəkdə Avropa ilə Asiya arasında ticarət sahəsində körpü rolunu oynaya bilərlər: "Bu region imkanlarla bərabər çağırışlarla üzləşir. Regional sabitliyin olması çox vacibdir. NATO münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə daim dəstək verəcək".