Kolumbiyada baş verən dəhşətli təyyarə qəzasından sağ çıxan Braziliyanın "Şapekoense" klubunun futbolçusu Alan Ruşeldən yeni xəbər var.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kolumbiyanın "Somer" klinikasında müalicə olunan futbolçu artıq yeriməyə başlayıb. Yayılan videolarda onun durumunun yaxşı olduğu görüntülənib.

27 yaşlı futbolçu yayılan videogörüntüdə son durumu haqda danışıb: "Hər kəsi salamlayıram. Artıq sağalmaq üzrəyəm. Tezliklə Braziliyaya qayıdacam".

Qeyd edək ki, "Şapekoense"ni Kolumbiyaya aparan təyyarə Medelyin şəhərində qəzaya uğramışdı. Qəza nəticəsində təyyarədə olan 81 nəfərdən 77-si dünyasını dəyişmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Təyyarə qəzasında sağ qalan futbolçu gəzməyə başladı - VİDEOTəyyarə qəzasında sağ qalan futbolçu gəzməyə başladı