İspaniya ikinci liqasında XVIII turun oyunları keçirilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi "Kadiz" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Kordoba" ilə qarşılaşıb.
Görüşə start heyətində başlayan Eddi 67-ci dəqiqədə əvəzlənib. Maraqlıdı ki, 3:1 hesablı qələbə qazanan komandanın bütün qolları İsrafilov meydanı tərk etdikdən sonra vurulub.
Qeyd edək ki, bu qələbə ilə aktivindəki xalları 27-ə yüksəldən "Kadiz" turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
Milli.Az