İstanbulda törədilən terror aktından sonra Türkiyə
Silahlı Qüvvələri PKK düşərgələrini bombalayıb.
Publika.az xəbər verir ki, Şimali İraqda Zap əyalətində
terror təşkilatına qarşı keçirilən əməliyyatda istifadə olunan
bombaların üzərində yazılmış sözlər hər kəsin marağına səbəb
olub.
Bombaların üzərində “İstanbulda şəhid olan qardaşlarımız üçün...”
sözləri yazılıb.
Məlumata görə, dünən axşam 50 dəqiqə ərzində keçirilən əməliyyat
nəticəsində terror təşkilatının ana qərargahı da daxil olmaqla 12
hədəfi məhv edilib.
Asif