“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, şagirdlər ən dəyərli oyuncaqlarını Türkiyənin Bitlis şəhərinin Hizan kəndi və Van şəhərinin Çatak kəndində yerləşən ibtidai məktəb şagirdləri ilə bölüşüblər.
Layihənin təqdimat mərasimində Əliağa təhsil şöbəsinin müdiri Ogün Dersə və “Petkim” neft-kimya holdinqinin inzibati işlər üzrə müdiri Nicat Novruzov iştirak ediblər. Hədiyyələr Bitlisin Hizan kəndinə və Vanın Çatak kəndinə “Petkim”in dəstəyi ilə çatdırılıb.


