Afrikada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Lester"in yarımmüdafiəçisi Riyad Mahrez qitənin ən yaxşısı seçilib.

Ötən mövsüm "Lester"in heyətində Premyer Liqa çempionu olan əlcəzairli futbolçu 37 oyunda 17 qola imza atıb. Mahrez azarkeşlər arasında aparılan səsvermənin nəticəsinə görə, Pyerr-Emerik Obameyanq (Qabon millisi, Dortmund "Borussiya"sı), Andre Ayyu (Qana, "Vest Hem"), Sadio Mane (Seneqal, "Liverpul") və Yaya Tureni (Fil Dişi Sahili, "Mançester Siti") qabaqlayıb.

Qeyd edək ki, Riyad Mahrez 2014-cü ildən "Lester"in şərəfini qoruyur.

Milli.Az