Türkiyə Futbol Federasiyası (TFF) ölkənin Təhlükəsizlik Nazirliyinə maliyyə dəstəyi verəcək.
Sport7.az xəbər verir ki, TFF-dən verilən açıqlamada, idarə heyətinin toplantısında Təhlükəsizlik Nazirliyinin hesabına 3 milyon lirə pul köçürülməsi qərara alındığı söylənilib.
"Vodafon Arena"da baş tutan "Beşiktaş" - "Bursaspor" matçından sonra törədilən terror hadisəsi iə əlaqədar belə addım atdıqlarını açıqlayan futbol qurumu "Bu yardım, adı keçən müsabiqədə təhlükəsizliyi qoruyarkən şəhid olan personalın ailələri ilə birlikdə, bütün şəhid ailələrinin yararlanması məqsədilə Təhlükəsizlik Nazirliyinə göndəriləcək" ifadələrindən istifadə edib.
Bununla yanaşı terror hadisəsi bir daha qınanaraq, başsağlığı verilib.
Fanat.Az