Qanunvericiliyə edilən bu dəyişiklik hüquqi şəxslər barəsində cinayət təqibini və onlara qarşı cəzalar tətbiq olunmasını mümkün edəcək.

Milli.Az xəbər verir ki, bunu hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib.

Artıq hüquqi şəxslər cinayət təqibinə məruz qala bilər

Lakin ekspertin fikrincə, bu yeniliyin realda tətbiqinin mümkün olması üçün başqa bir dəyişikliyə də ehtiyac var:

"Ölkəmizin hüquq sistemi üçün çox maraqlı bir yenilik də oldu. Cinayət-Prosessual Məcəlləyə hüquqi şəxslər barəsində cinayət təqibini mümkün edən və onların barəsində cinayət-hüquqi tədbirlər (yəni əslində cəzalar) tətbiq olunmasına yol açan dəyişiklik edildi. Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi 2012-ci ildən nəzərdə tutulsa da, icraat qaydaları müəyyən edilmədiyindən onun təcrübədə tətbiqi mümkün deyil. CPM-ə edilən dəyişiklik isə artıq proseduru müəyyən etdi. Amma bununla bağlı hələ Cəzaların İcrası Məcəlləsinə də dəyişiklik edilməlidir ki, həmin tədbirlər necə icra olunacaq. Yəqin, yaxın vaxtlarda bu da edilər".

İlkin İzzət

Milli.Az