Qazaxıstan Majilisinin (parlament) Aşağı palatasının sədri Nurlan Niqmatulin gələn həftə Azərbaycana səfər edəcək.
Milli.Az xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, N.Niqmatulinin səfəri dekabrın 20-21-nə planlaşdırılır.
O, Bakıda TürkPA Katibliyinin yeni inzibati binasının açılış mərasimində iştirak edəcək.
Palata sədrini parlament nümayəndə heyəti müşayiət edəcək.
Milli.Az