“Report”un xəbərinə görə, Bakı Dövlət Universitetinin (BDU) Bitki fiziologiyası kafedrasının müdiri Neymət Qasımov 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, əməkdar elm xadimi, professor Neymət Qasımov 27 yanvar 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kəndində anadan olub. O, bitki fiziologiyası sahəsində dünyada tanınmış alim olub.
1986-cı ildən ABŞ-ın İllinois ştatının Elmlər Akademiyasının həqiqi üzvü olub. 1991-ci ildə 3 ay müddətində İllinois Universitetdə bitki fiziologiyasından mühazirələr oxuyub. 1998-cu ildən adı XX əsrin məşhur adamları kitabına daxil edilib.
