Moody's Investors Service beynəlxalq reytinq agentliyi 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsulun 1,1 faiz artacağını proqnozlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə Trend agentliyin hesabatına istinadən məlumat verir.

2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımını agentliyin analitikləri 1,9 faiz səviyyəsində proqnozlaşdırır.

Moody's qeyd edir ki, bu reytinq Azərbaycanın geniş neft-qaz resurslarına əsaslanır. Bu resurslar ölkəni əhəmiyyətli gəlirlə, kiçik dövlət borcu ilə və böyük həcmdə beynəlxalq valyuta ehtiyatları ilə təmin edir.

Milli.Az