Kubadan Azərbaycana çağırış: sərmayə qoyun

Kubadan Azərbaycana çağırış: sərmayə qoyun
08:27 22 Dekabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Kuba hökuməti Azərbaycanlı investorları ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırır. Milli.Az bildirri ki, bunu Trend-ə müsahibəsində dekabrın 7-də səlahiyyətlərinin icrasına başlayan Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.

Onun sözlərinə görə, Kuba hökuməti investisiyaların qorunmasını təmin etməyə hazırdır.

"Kubada 2014-cü ilin mart ayında xarici investisiyalar haqqında qanun quvvəyə minib. Ölkədə azad iqtisadi zonanın yaradılması elan edilib", - deyə Portuondo bildirib.

Onun sözlərinə görə, Azərbaycanlı investorlara maraqlı ola biləcək sahələrini müəyyənləşdirmək lazımdır: "Azərbaycan öz növbəsində əməkdaşlığın inkişafı üçün Kubaya bir çox sahələr təklif edə bilər. Məsələn, energetika sahəsi Kuba üçün maraqlı ola bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR