Türkiyədə daha bir HDP-çi həbs olundu

Türkiyədə daha bir HDP-çi həbs olundu
10:08 22 Dekabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ankara şəhər Polisinin Terrorla Mübarizə İdarəsi əməkdaşlarının PKK işi üzrə keçirdiyi əməliyyat zamanı 8 nəfər saxlanılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında bu yaxınlarda fəaliyyəti dayandırılan “Dicle” xəbər agentliyinin (DİHA) keçmiş Ankara təmsilçisi Kenan Kırkaya və Hande Kaya, Hamdüsana Yıldırım və Ramazan Güney də olub.

Sözügedən şəxslər istintaqa ifadə verdikdən sonra sərbəst buraxılıblar. Saxlanılanların digər 4 nəfəri barəsində isə həbs qərarı çıxarılıb.

Həbs olunanlar arasında HDP-nin şəhər təşkilatı sədri İbrahim Binici də var. Onlar terror təşkilatının üzvü olmaqda və təşkilatın təbliğatını aparmaqda təqsirli bilinirlər.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR