Mübariz Qurbanlı: "Ağıllı adamı yoldan çıxarmaq mümkün deyil"

Mübariz Qurbanlı: "Ağıllı adamı yoldan çıxarmaq mümkün deyil"
10:27 22 Dekabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

"Orta məktəblərimizin "Tarix" və "Həyat bilgisi" dərsliklərində dinlə bağlı məlumatlar var. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesab edir ki, bu, yetərli deyil".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, artıq Rusiyada orta məktəb proqramlarında dinlə bağlı məsələlər daha da genişləndirilib. İspaniyada da orta məktəblərdə uşaqlara dinlə bağlı mükəmməl məlumat verilir. İnsanın dinlə bağlı mükəmməl məlumatı varsa, o, başqalarının təsirini altına düşmür. Çünki ağıllı adamı yoldan çıxarmaq mümkün deyil".

M.Qurbanlı hesab edir ki, evdə hər bir valideyn də öz övladına dinimizi, mənəvi dəyərlərmizi izah etməyə çalışmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR