Ötən gün Masallı rayonunda güllələnərək qətlə yetirilən Fariz İsmayılovla bağlı maraqlı məlumatlar üzə çıxıb. Rusiyada yaşayan azərbaycanlıların Criminal.az saytına veridiyi məlumata görə, ''Piter Elçin'' ləqəbi ilə tanınan kriminal avtoritet Elçin İsmayılovun qardaşı Fariz bir neçə il əvvəl Sankt-Peterburq şəhərindən birdəfəlik Azərbaycana qayıdıb. Buna səbəb 3 il əvvəl onun naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülməsi olub. Döyülərək sümükləri sındırılan F.İsmayılov elə o vaxtdan Lənkəranda yaşayırmış.

Dünən isə Lənkəran-Masallı yolunda, Masallının Türkoba kəndi ərazisində naməlum şəxs Fariz İsmayılovun idarə etdiyi 90-HV-110 dövlət qeydiyyat nömrə nişanlı "Volkswagen-Passat" markalı avtomobilə avtomatdan bir neçə dəfə atəş açıb. Lənkəran rayon Boladi kənd sakini Fariz aldığı güllə yaralarından dünyasını dəyişib.

Fariz İsmayılov (soldan ikinci)
Baş Prokurorluqdan Criminal.az-a verilən mıəlumata görə, cinayəti hələlik istintaqa məlum olmayan şəxslər törədib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə və odlu silah saxlama maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.
F.İsmayılovun böyük qardaşı, tanınmış iş adamı Maarif İsmayılov da bu ilin iyunun 20-də Sankt-Peterburqada odlu silahla qətlə yetirilib.
Maarif İsmayılovun qətlə yetirildiyi an
M.İsmayilov da Rusiyada və Lənkəranda böyük hörmətə sahib idi. Boladi kəndində məscidin, yolun, orta məktəbin təmir və bərpasına köməklik edib. Onun qətlinin qardaşı ''Piter Elçin'' ilə əlaqəli olması deyilsə də, yaxınları bunu təkzib edirdilər. M.İsmayılovun böyük biznesi olub. Sankt Peterburda böyük anbara sahibi idi. Rusiya mətbuatının yazdığına görə, Maarifin qətlini törətmiş Emil Hüseynov bunun sifarişli olduğunu və ona qarşılığında 155 min dollar söz verildiyini etiraf edib.
Maarif İsmayılovun qatilinin döyüldüyü an
''Piter Elçin''ə gəlincə, onun adı bir neçə tanınmış avtoritetin qətlində hallanır. Onun mərhum Rövşən Lənkəranski ilə münasibətləri də pis olub.
Rusiya mətbuatı yazır ki, Sankt-Peterburq şəhərinin İstintaq Komitəsi azərbaycanlı Sayad əliyevin rəisi olduğu Leninqrad vilayəti üzrə Su-Kanal İdarəsinin ofisində axtarış keçirib.
Oliqarx Əliyevi dindirməsi bu il iyunun 20-də Sant-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazasında baş vermiş səs-küylü qətlin istintaqı ilə bağlıdır. Həmin vaxt 27 yaşlı Emil Hüseynov bazarda 43 yaşlı Marif İsmayılovu güllələyib. O, İsmayılovu güllələdikdən sonra bazardan qaçmaq istəsə də digər azərbaycanlılar onu yaxalayıblar və qəddarcasına döyərək qətl sifarişini kimdən aldığını soruşublar. Bu kadrlar internetdə yayılıb.
Bildirilir ki, həmin vaxt Emil Hüseynov bir neçə dəfə “Vaqif” deyə qışqırıb. Bəs bu hansı Vaqif ola bilər? Belə məlum olur ki, söhbət bir ayrısından yox, Sankt-Peterburqdakı azərbaycanlı diasporunun liderindən, məşhur milyarder Vaqif Məmişovdan gedir.
Həmin qətllə bağlı müstəntiqlər artıq Məmişovun özünü də dindiriblər. Bundan başqa “Viləş” QSC adlı şirkətin direktoru Maşkür Qasımov da iş üzrə dindirilib. O, Məmişovun yaxın adamı və işgüzar partnyorudur. İlkin məlumatlara görə qətldən bir neçə gün əvvəl Məmişov Emil Hüseynovla bir neçə dəfə görüşüb. Belə informasiyalar var ki, Hüseynovun qardaşı Elçinin Maşkür Qasımovla münaqişəsi olub. Lakin digər tərəfdən Sayad Əliyevin özü Məmişovla qatı düşməndir. Onların düşmənçiliyi yerli mətbuatın səhifələrinə qədər gedib çıxıb.

Criminal.az