İnstaqram-dan pul qazanan məşhurlarımız - 1 paylaşımı 6500 AZN

İnstaqram-dan pul qazanan məşhurlarımız - 1 paylaşımı 6500 AZN
15:27 22 Dekabr 2016
474 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya şou-biznesində olduğu kimi artıq Azərbaycan məşhurları da İnstaqram-dan biznes məqsədləri üçün istifadə edirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkədə izləyici sayı çox olan tanınmışlar müxtəlif məhsulları öz səhifələrində reklam edirlər.

Bunun müqabilində isə məşhurlar müəyyən qonorar əldə edirlər.

"Qafqazinfo" bu məqamda Azərbaycanda izləyici sayı çox olan bir neçə məşhurun bu sahədən əldə etdiyi gəlirin miqdarını araşdırıb.

Məlum olub ki, onlar bir reklam xarakterli paylaşım üçün 500-6500 AZN arası pul qazanırlar.

4 aydır ki, İnstaqram-da böyük biznes quran Samiraldo ( 216 min izləyici) hər reklam xarakterli paylaşım üçün minimum 200 AZN alır:

"Mən böyük şirkət, klinikalar və butiklərlə çalışıram. Onların reklamı müqabilində qonorar əldə edirəm. Həm mən, həm də onlar qazanır. Minimum reklam qiyməti 200 AZN-dən başlayır. Ancaq böyük bir telefon mağazası ilə anlaşmışam. Onlar mənə 6500 manat dəyərində telefon bağışlayıblar. Mən isə onların reklamını edirəm".

Günay İbrahimli (725 min) - 1000 AZN 

Sevda Yəhyayeva (621 min) - 500 AZN

Afaq Gəncəli (447 min) - 500 AZN

Ancaq izləyicisi çox məşhurlar sırasında bu biznesə qoşulmayanlar da var. Xalq artisti Aygün Kazımova (445 min), Rəqsanə İsmayılova ( 269 min), Məleykə Əsədova ( 169 min), Nadir Qafarzadə (231 min) həmin məşhurlar sırasındadır. 

Ölkədə ən çox izləyici sayına görə liderlərdən olan Sevil və Sevinc Səfərovalar (891 min izləyici) isə açıqlamasında ancaq bəyəndiyi məhsulları öz lövhələrində ödənişsiz reklam etdiklərini söyləyib.

Müğənni Xatirə İslam (661 min) isə dostlarının məhsullarını ödənişsiz səhifəsində reklam etdiyini bildirib:

"Bir manat belə verən olmayıb. Dost-tanışların xahişi ilə paylaşıram. Həmçinin, bizə hədiyyə göndərənlər olub. Onları nəzakətən paylaşıram. İzləyiciləri əziyyətlə toplamışıq. Deməli, biz o insanlara maraqlıyıq. Bu səbəbdən mən də pulla reklam etmək qərarına gəlmişəm".

472 min izləyicisi olan rəqqasə Oksana Rəsulova isə səhifələrində tez-tez reklam edən məşhurlardandır. Lakin o, qiymət açıqlamaqdan imtina edib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR