Nizami Kino Mərkəzində "Oldu mu şimdi?" filmi

Nizami Kino Mərkəzində "Oldu mu şimdi?" filmi
18:12 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzi dekabrın 22-dən rusiyanın "Elki 5" və türkiyənin "Oldu mu şimdi? " filmlərinin nümayişinə başlayıb.

Rejissor Timur Bekmambetovun çəkdiyi "Elki 5" filmi komediya janrındadır. Sloqanı: "Yenə də həmin yolkalar" Yaş həddi: 06 +

Hər il olduğu kimi, bu ildə sevimli qəhrəmanlar ağılsız səhvlər etdikdən sonra möcüzəyə ümid edirlər. Borya ailə səadətini qorumaq naminə ən yaxın dostu Jenyadan pinqvini oğurlamağa hazırdı. Hələ də böyüməyən xizəkçi və snoubordist küknar ağacı dalınca dəlisov yürüşə çıxırlar. Manya nənə köhnə sevgisini tapmaq üçün internetdən istifadə etməyi öyrənir. Ekaterinburqdan olan professor sakitləşsə də, qısqanclıqdan dəli olmaq həddindədir. Uzaq Şimalda mühəndis sevgi etirafı etmək üçün cəsarət toplayır. Amma pinqvinə təkcə yumurtanın üstünə oturmaq lazımdır...

Filmdə rolları İvan Urqant, Sergey Svetlakov, Qoşa Kutsenko, Mariya Şukşina, Aleksandr Qolovin, Anna Xilkeviç, Aleksandr Domoqarov(oğul), Kirill Pletnyev, Aleksandr Robak, Anastasiya Smetanina və başqa aktyorlar canlandırıblar.

AF Mediya şirkətinin təqdim etdiyi "Oldu mu şimdi?" macəralı komediya filminin rejissoru Kenan Öztürkdü. Yaş həddi: 14+

Həyatında etdiyi yanlışlar üzündən Yaçar həbs olunur. Cəza evində Ömərlə tanışlığı möhkəm dostluğa çevrilir. Azadlığa çıxandan sonra cinayət törədən dostlar yenidən həbsxanaya düşürlər. Bu dəfə, həbsdən bezən dostlar çıxdıqda tövbə etməyi qərara alırlar. Tövbə etmək üçün məsçidə gedən dostlar orada bir mərhumun tabutunu qaldırdıqda, gözlənilmədən həmin şəxsin vəsiyyətinə uyğun onun varisinə çevrilirlər. Ölkələrarası nəqliyyat işləri ilə məşqul olan firmanın sahibi olurlar. Amma tərtəmiz işləyən firma yeni sahiblərin əlində olduğu kimi qala biləcəkmi?..

Rollarda Yavuz Seçkin,Orhan Aydın, Seda Güven, Serkan Şengül, Emre Mutlu, Oğuzhan Yıldız, Esra Sönmezler və Yakup Yavru çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/501355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR