"Tarif Şurasının yeni qərarı alqışlanmalıdır"

"Tarif Şurasının yeni qərarı alqışlanmalıdır"
19:57 22 Dekabr 2016
439 Ölkə
Ölkə mətbuatı
A- A+

Tarif (qiymət) Şurasının elektrik enerjisi və təbii qazdan istifadəyə görə tətbiq edilən limitlərə yenidən baxması gözlənilən idi.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Tarif Şurasının yeni qərarı həqiqətən də istehlakçıların xeyirinə işləyir: "Tarif Şurasının əvvəlki qərarında istifadə edilən elektrik enerjisi və qaza görə limitin az olması istehlakçıları narahat edirdi. Seçicilərimlə görüşdə onlar da bu məsələ ilə bağlı mənə müraciət edirdilər. Əhali əvvəlki limitdən artıq elektrik enerjisi və təbii qaz istifadə etdiyini bildirirdi. Gözləyirdik ki, Tarif Şurası bu qərarla bağlı dəqiq araşdırma aparsın və limitlərə yenidən baxsın".

E.Nəsirov əlavə edib ki, bu, müsbət qərardır və alqışlanmalıdır: "Xüsusilə qış mövsümündə bu limit istehlakçılar üçün az idi. İndiki qərar daha da məntiqlidir. Çox istərdim ki, Tarif Şurası belə qərarları qəbul edərkən problemi daha da dərindən araşdırsın".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR