Paytaxt klublarına güclü rəqib

Paytaxt klublarına güclü rəqib
11:32 23 Dekabr 2016
156 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya Kral Kubokunun 1/8 final cütlükləri bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu mərhələdə "Real"ı güclü rəqib gözləyir.

Belə ki, "kral klubu" yoluna davam etmək üçün "Valensiya" səddini keçməli olacaq. Digər Madrid klubu "Atletiko" isə "Sevilya" ilə münasibətlərinə aydınlıq gətirəcək. Kubokun son qalibi "Barselona" "Osasuna"nı sınağa çəkəcək.
 
Ümumiyyətlə, 1/16 final səddini aşan 16 komandadan 2-si Sequnda təmsilçisidir. Bunlar "Kordoba" və "Alkorkon" klublarıdır.
 
1/8 final mərhələsinin cütlükləri
"Real" - "Valensiya"
"Alkorkon" - "Eybar"
"Deportivo" - "Vilyarreal"
"Sevilya" - "Atletiko"
"Selta" - "Kordoba"
"Osasuna" - "Barselona"
"Real Sosyedad" - "Las Palmas"
"Alaves" - "Atletik"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/501510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR