"Xətai" metro stansiyası yenilənəcək

"Xətai" metro stansiyası yenilənəcək
13:07 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr.REPORT.AZ/ "Bakı Metropoliteni" QSC "Xətai" metro stansiyasında təmir-bərpa işləri həyata keçirəcək. 2018-ci ilə qədər metropoliten stansiyanın 3 eskalatorunu dəyişdirəcək, habelə üst vestibülü və stansiya binasının görkəmini yeniləyəcək.
"Report"un xəbərinə görə, yeniliklər barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
"Bu gün istismara verilən "Xətai" metro stansiyasının birinci yolunda aparılan təmir-tikinti işlərinin planın ilk mərhələsidir. İkinci mərhələdə isə "Cəfər Cabbarlı"-"Xətai" metro stansiyaları arasındakı yol mənzilinin ikinci yolunda təmir işlərinə başlanılıb və bu, bir il davam edəcək. "Xətai" metro stansiyası ilk dəfə 1968-ci ildə istifadəyə verilib və artıq 40 ildən artıq vaxt keçib. Ona görə hər 3 eskalator da istismar müddətini başa vuracaq. Təsdiq edilmiş Tədbirlər Planına görə, 2018-ci ilə qədər artıq hər 3 eskalator dəyişdiriləcək. Üst vestibul və binanın görməkində də təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulub", - deyə N.Paşayev bildirib.
Stansiyada icra edilmiş təmir-bərpa işlərinin tamamilə metropoliteninin daxili imkanları hesabına aparıldığını qeyd edən şöbə rəisinin sözlərinə görə, stansiyada təmir işlərini metropoliteninin öz strukturları həyata keçirib. N.Paşayev "Xətai" stansiyasının birinci yolunun uzun müddətdir istifadə edilmədiyini xatırladaraq qeyd edib ki, burada istismar zamanı qatarların təbii havalandırma prosesi baş verirdi: "Eyni zamanda, həm "Xətai", həm də "Cəfər Cabbarlı" stansiyasında dalan tipli yollar olduğuna görə tunellərdə korroziya baş verirdi. Avadanlıqlar həddindən artıq korroziyaya məruz qalıb. Ona görə bu tuneldə hərəkəti təşkil etmək mümkünsüz idi. Bu səbəbdən 2014-cü ildən təmir işlərinə başlanılıb. Tuneldə sağlamlaşdırma işləri - həm relslərin, həm beton və çuqun tubiklərin təmiri, elektrik təchizat və rabitə avadanlıqlarının tamamilə dəyişdirilib yenidən qurulması işləri həyata keçirilib. Bu gündən etibarən stansiyanın birinci yolu tam olaraq sərnişinlərin istifadəsinə verilib".

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/xetai-metro-stansiyasi-yenilenecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR