"AŞPA-nın növbəti iclası Azərbaycan üçün çox vacibdir"

"AŞPA-nın növbəti iclası Azərbaycan üçün çox vacibdir"
18:27 23 Dekabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti iclası gələn ilin ilk iclası olduğuna görə, Azərbaycan tərəfi üçün çox vacibdir.

Milli.Az xəbər verir ki, bu sözləri Trend-ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov Ermənistan tərəfi ilə AŞPA sədri Pedro Aqramuntun təşəbbüskarı olduğu görüşün mümkünlüyünü istisna etməyib.

O deyib: "Ola bilər ki, növbəti sessiya zamanı bu görüş baş tutsun. Biz artıq bu təşəbbüsə razılığımızı vermişik, hər şey Ermənistan tərəfindən asılıdır."

AŞPA-nın qış sessiyası yanvarın 23-27-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR