x
Loading...

Tovuzda kafedə işləyən qadın müştəri tərəfindən döyülüb

Tovuzda kafedə işləyən qadın müştəri tərəfindən döyülüb
23:42 23 Dekabr 2016
174 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Tovuz. 23 dekabr. REPORT.AZ / Axşam saatlarında Tovuz rayonunda kafedə düşən dava nəticəsində ofisiant işləyən qadın döyülüb.
“Report”un Qərb bürosunun məlumatına görə, dava polis idarəsi qarşısında fəaliyyət göstərən kafelərin birində hələ ki, bilinməyən səbəbdən baş verib
Dava zamanı kafedə ofisiant işləyən Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Quliyeva Turanə Mahir qızı kafenin müştərisi tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətlər alan qadın hadisə yerinə çağırılmış "təcili yardım" maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən T.Quliyevanın vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Tovuz Rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-kafede-isleyen-qadin-musteri-terefinden-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR