Dodaqlarınızın təbii rəng alması üçün vasitələr

Dodaqlarınızın təbii rəng alması üçün vasitələr
01:51 24 Dekabr 2016
292 Şou
Ölkə mətbuatı
A- A+

Axşam.az xarici KİV-ə istinadən dodaqlarınızın təbii rəng alması üçün məsləhətlər verir:

1. Dodaqlardakı qara nöqtələr və tünd ləkələr üçün bir az badam yağı istifadə edin. Badam yağı dərini qidalandıraraq nəmləndirir. Xüsusilə çox soyuq havalarda dodaqları nəmləndirmək üçün badam yağı istifadə etmək məsləhətdir. Dodaq rəngini həm açır, həm də dodaq çatlarını əngəlləyir.
 
2. Xiyar dəri təbəqəsini qoruyaraq, dərini nəmləndirir. Bir neçə dilim xiyarı, ya da xiyar suyunu dodaqlara sürtün. Bu, ləkə yaranmasının qarşısını alır. 
 
3. Dodaqların nəmli olması tündləşmədən qurtulmaq üçün vacibdir. Nəmli qalması üçün də kərə yağı istifadə edin. Bir az kərə yağını dodaqlara çəkin, 2 dəqiqə saxlayın. Ardından su ilə durulayın. Kərəyağını soyuducuda saxladıqdan sonra gecə yatmadan əvvəl çəksəniz daha yaxşı effekt əldə edəcəksiniz.
 
4. Limon da turşu tərkibinə görə ağardıcı xüsusiyyətə malikdir. Diz və dirsək qaralması ilə yanaşı dodaq qaralmasında da istifadə edilir. Tündləşmiş dodaqlar üçün sadə, amma effektli bir dərmandır. 
 
5. Gül suyu dərini nəmləndirir və sakitləşdirir. Tünd dodaqların çəhrayı rəng almasına yardımçı olur. Sadəcə bir neçə damcı gül suyuna bir az bal qarışdırın. Bu qarışımı gündə 3-4 dəfə dodaqlara çəkin.
 
6. Zeytun yağı da dodaqların rənginin açılması üçün istifadə edilən effektli üsullar arasındadır. Dərini canlandırır və dəri sağlamlığını qoruyur. Zeytun yağını dodaqlara çəkib yüngülcə masaj edin.
 
7.  Çuğundurun ağardıcı təsiri yoxdur. Ancaq dodaqların rənginin tündləşməməsinə yardımçı olur. Təzə qırmızı çuğundur suyu dodaqlara yatmadan əvvəl çəkin. Ertəsi gün su ilə durulayın.
 
8. Bal dodaqların təbii çəhrayı rəng alması üçün təbii nəmləndiricidir. Bal dodaqlara hər gün yatmadan əvvəl vurulur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=63561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR