ABŞ-dan xəbərdarlıq: Bu ölkələrdə terror aktları törədilə bilər

ABŞ-dan xəbərdarlıq:  Bu ölkələrdə terror aktları törədilə bilər
04:19 24 Dekabr 2016
167 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamenti Misir və İordaniyada terror aktlarının baş verə biləcəyi ilə bağlı xəbərdarlıqla çıxış edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ vətəndaşlarına bu ölkələrə gedərkən ehtiyatlı olmağı, mümkünsə, getməməyi tövsiyə edib.

 

“İordaniyada bir sıra hücumlar həyata keçirən İŞİD və digər terror təşkilatları hazırda yeni terror aktları törətməyi planlaşdırırlar”, Dövlət Departamentin məlumatında bildirilir.

 

Məlumatda həmçinin qeyd olunur ki, ABŞ-ın Misirdəki diplomatik missiyalarının əməkdaşlarına Sinay yarımadasına səfər etmək qadağan olunub. Bununla belə Dövlət Departamenti xəbərdarlıq edib ki, terror aktları Misirin istənilən regionunda törədilə bilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR