Kimə şikayət edəcəyiniz bəlli oldu

Kimə şikayət edəcəyiniz bəlli oldu
12:05 24 Dekabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Hüquqpozma halları barədə məlumat vermək asanlaşır.

İqtisadiyyat Nazirliyindən Milli.Az-a bildiriblər ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 14 oktyabr 2016-cı il tarixli Qanununa uyğun olaraq, İqtisadiyyat Nazirliyi üzrə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə Daxili nəzarət şöbəsi, müvafiq vəzifəli şəxs isə Nazirliyin Aparat rəhbərinin müavini - Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev müəyyən edilib.

Nazirlik bəyan edir ki, digər struktur bölmələrində də korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə və müvafiq şəxs müəyyənləşdiriləcəkdir.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR