x
Loading...

Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib

Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
12:32 24 Dekabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Bakı. 24 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24- də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 
Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Prezidentlər iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Söhbət zamanı ikitərəfli əlaqələrin gələcək inkişafının müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/vladimir-putin-prezident-i-lham-eliyeve-telefonla-zeng-edib-ad-gunu-munasibetile-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR