“Frexit” gəlir: Fransa NATO və Avropa İttifaqından çıxa bilər

“Frexit” gəlir: Fransa NATO və Avropa İttifaqından çıxa bilər
15:13 24 Dekabr 2016
73 Dünya
Ölkə mətbuatı
A- A+

“Fransa NATO-dan və Avropa İttifaqından çıxmalıdır. O cümlədən, digər ölkələr də ittifaqı tərk etməlidir”.

Publika.az xəbər verir ki, bu barədə Fransanın ultra-sağçı partiyası olan “Milli Cəbhə”nin lideri Mariya le Pen deyib.

Le Pen gələn il keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətinin olduğunu deyib.

“Frexit” mənim siyasətimin əsas hissəsi olacaq. Fransa Avropa İttifaqından çıxanda Portuqaliya, İtaliya, İspaniya, İrlandiya, Yunanıstan və Kipr (yunan Kipri-red) də eyni addımı atmalıdır. Bu ölkələrin Fransa ilə eyni gündə ittifaqdan çıxması mükəmməl olardı. Mən onları inandırmağa çalışacam”, - deyə o bildirib.

Le Pen ingilisləri və “Brexit”i nümunə göstərib: “İnsanlar Brüsseldəki texnokratların köləliyindən və şantajından xilas olmağa, ölkənin müstəqilliyinin qaytarılmasına səs vermək hüququna malik olmalıdır. İngilislər bunu anladılar və ittifaqdan çıxdılar. Harada avro var, orada qiymətlər və vergilər yüksəkdir. İşsizliyin səviyyəsi böyüyüb, əmək haqları və pensiyalar azalıb, kasıb təbəqə çoxalıb. Avropa İttifaqından çıxandan sonra Britaniyanın iqtisadi inkişafı sürətləndi”.

Le Pen əlavə edib ki, prezident olarsa, Fransa dərhal NATO-dan çıxacaq.

“Bu təşkilat artıq lazımsızdır. Vaxtilə SSRİ-yə qarşı yaradılmışdı, artıq keçmiş ittifaq yoxdur. Vaşinqton NATO-nu Avropadakı maraqlarına xidmət üçün dəstəkləyir”, - deyə o vurğulayıb.

Le Pen Yunanıstanın baş naziri Aleksis Tsiprası tənqid edib: “Demokratiya Yunanıstanda doğuldu, orada ölməməlidir. Tsipras öz ölkəsini satdı”.

Sağçı lider Şengen vizasından da çıxacaqlarını bəyan edib.

Qeyd edək ki, Fransada prezident seçkilərinin ilk turu 2017-ci ilin aprelində, ikinci turu isə mayda keçiriləcək.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/181159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR