AZAL klubu daha bir futbolçusu ilə yollarını ayırıb

AZAL klubu daha bir futbolçusu ilə yollarını ayırıb
16:37 24 Dekabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Bakının AZAL klubu futbolçusu David Canalidze ilə yollarını ayırıb.
Bu barədə "Report"a klubun vitse-prezidenti Fikrət Hüseynov bildirib.
Onun sözlərinə görə, klub 27 yaşlı hücumçu ilə yola davam etməmək qərarı verib. Klub rəsmisi hələlik başqa futbolçuların komandadan göndərilmədiyini bildirib: "Bu gün üçün David Canalidze AZAL-ın futbolçusu deyil. Adı çəkilən oyunçulardan başqa kimlərin gedib-getməyəcəyinə gələn həftə qərar veriləcək. Hələ bu mövzuda dəqiqləşən nəsə yoxdur. Baş məşqçimiz Tərlan Əhmədovla görüşümüz olacaq. Ondan sonra digər oyunçularla bağlı qərar veriləcək".
Qeyd edək ki, bir neçə gün öncə komandanın çinli üzvü Brayn Fok və ABŞ-dan olan müdafiəçisi Adan Koronado ilə yollar ayrılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azal-klubu-daha-bir-futbolcusu-ile-yollarini-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR