Türkiyə DİN: Rusiya səfirinin qatili təkbaşına fəaliyyət göstərməyib

Türkiyə DİN: Rusiya səfirinin qatili təkbaşına fəaliyyət göstərməyib
22:42 24 Dekabr 2016
76 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi terrorçunun şəxsi təşəbbüsü deyil, planlaşdırılmış hücumdur. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bəyan edib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, nazir terrorçunun həm Türkiyə daxilində, həm də onun hüdudlarından kənarda əlaqələrini müəyyənləşdirməyə çalışdıqlarını bildirib. Süleyman Soylunun sözlərinə görə, Andrey Karlova sui-qəsd işi üzrə istintaq terror aktının çox mühüm təfərrüatlarını üzə çıxarıb. Lakin hazırkı mərhələdə istintaq maraqları nəzərə alınaraq, təhqiqatın detallarını açıqlamaq məqsədəuyğun deyil. Hadisə ilə bağlı istintaq Rusiyadan olan ekspertlərlə sıx əlaqəli şəkildə davam etdirilir.

Nazir əlavə edib ki, PKK terrorçuları, Fətullah Gülən hərəkatı və İŞİD böyük bir oyunun yalnız alətləridir. Rusiya səfirinə sui-qəsd Yaxın Şərqdə sülh cəhdlərinin qarşısını kəsməyə cəhd göstərən qüvvələrin fəaliyyətinin nəticəsidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR