x
Loading...

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
18:57 25 Dekabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Moldova Ombudsmanı (2008-2015), İctimai Palatanın sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova nümayəndəliyinin direktoru Aureliya Qriqoriu prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Çox hörmətli cənab Prezident.

Bütün Azərbaycan xalqı, bütün dostlarınız kimi, mən də Sizi əlamətdar yubileyiniz münasibətilə təbrik edirəm.

Bu əlamətdar yubiley ən xoş və ən səmimi arzuları Sizə bildirmək və ölkənizin nailiyyətlərini və planlarını bir daha xatırlatmaq imkanı verir.

Sizi şəxsən tanıdığım üçün xeyirxahlığınıza və qəlbinizin dərinliklərindən gələn mənəvi nura heyran qalmaqdan yorulmuram. Belə nəcib keyfiyyətlər heç də hamıya nəsib olmur. Dövlət başçısı üçün isə bu, xüsusilə əhəmiyyətlidir. Bu əlamətdar gündə qeyd etmək xoşdur ki, dövlət müstəqilliyinin bərpasından ötən 25 il ərzində təməli atanız, görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulan quruculuq yolunu uğurla davam etdirməyiniz sayəsində nailiyyətlərini və qələbələrini artıraraq dünyanın lider ölkələri arasında layiqli yer tutan Azərbaycan üçün çox iş görmüsünüz və əminəm ki, bundan sonra da görəcəksiniz.

Bu gün Siz dünyada keçmiş 15 Sovet İttifaqı respublikasından heç biri ilə müqayisəedilməz uğurlar qazanmış, xarici investisiyalara ehtiyacı olan ölkədən başqa dövlətlərə investisiya yatıran bir ölkəyə çevrilmiş Azərbaycanın və onun xalqının maraqlarını ardıcıl surətdə təkidlə irəlilədən həqiqətən müdrik və çox diplomatik, mədəni və uzaqgörən bir siyasi xadim kimi tanınırsınız.

Çiyinlərinizə necə mürəkkəb, məsuliyyətli və eyni zamanda, şərəfli missiyanın düşdüyünü anlayaraq, Sizə ilk növbədə möhkəm cansağlığı, tükənməz həyat eşqi arzu edirəm. Prezidenti olduğunuz ölkəyə bundan sonra da inkişaf etməyi diləyirəm. Dünyada mürəkkəb vəziyyətin yaranmasına baxmayaraq, arzu edirəm ki, bütün çətinliklər Sizin ölkədən yan ötsün, Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapsın. Mən regionda sülhü qoruyub saxlamaq və məcburi köçkünləri doğma yurdlarındakı ev-eşiklərinə qaytarmaq üçün şəxsən Sizin necə böyük səylər göstərdiyinizi gözəl bilirəm.

Cənab Prezident, Sizə bu sahədə xüsusi uğurlar arzu edirəm.

X X X

Avstraliya Nümayəndələr Palatasının sabiq üzvü Lyuk Simpkins prezidentİlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Məktubda deyilir:

"Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mənə 2015-ci ildə Avstraliyanın parlament nümayəndə heyətinə Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi başçılıq edərkən qəbulunuzda olmaq şərəfi nəsib olub. Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı və təbriklərimi çatdıraraq, 2017-ci ilin və növbəti illərin Sizin və xalqınız üçün uğurlu olmasını arzulayıram".

X X X

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun keçmiş rektoru professor Nikolay Lebedev prezidentİlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Məktubda deyilir:

"Çox hörmətli İlham Heydər oğlu.

Anadan olmağınızın 55 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə ürəkdən möhkəm cansağlığı arzulayıram. Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın güclü təəssürat oyadan uğurlarına heyranam".

X X X

Rusiya Federasiyası Çeçenistan Respublikası Hökumətinin sədri Ruslan Edelgeriyev prezidentİlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz Sizi Azərbaycan xalqının inkişafına və rifahına yönəlmiş ölçülüb-biçilmiş siyasət yürüdən müdrik dövlət başçısı və ölkəsinin əsl vətənpərvəri kimi tanıyırıq. Əminəm ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək. Ümidvaram ki, Sizin yorulmaz səyləriniz, xalqın etimadı və respublika vətəndaşlarının həyatını daha firavan etmək üçün gördüyünüz işlər ali dövləti fəaliyyətinizdə uğurlarınızı daha da artıracaq.

İcazə verin, bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR