İstanbul mütəşəkkil cinayətlərlə mübarizə şöbəsinin əməkdaşları mafiya liderlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Sarallar” ve “Şahinlər” adlanan cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyatda 45 nəfər saxlanılıb.
Onların arasında “Sarallar” qrupunun liderlərindən olan Burhanettin Saral da var.
“Sarallar”ın liderlərindən biri Alattin Saral ilə “Şahinlər” qrupunun lideri Sədat Şahinin saxlanılması barədə qərar verilib.
Əməliyyatın gedişatında 38 silah ələ keçirilib.
Ömər Dağlı