Ukrayna millisinin hücumçusu Yevqeni Seleznyovun "Karabükspor"la anlaşdığını xəbər vermişdik.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli forvardın Superliqa klubunda alacağı məvacib də müəyyənləşib.

Seleznyov ildə 600-800 min dollar qazanacaq. "Şaxtyor"da onun maaşı illik 1.2 - 1.5 milyon dollar idi.

Qeyd edək ki, 31 yaşlı futbolçu yanvardan "Karabükspor"la rəsmi müqavilə imzalayacaq.

Milli.Az