Azərbaycan və Rusiya ombudsmanları əməkdaşlıq haqqında saziş imzalayacaq
Paylaş
·81 baxış·1 dəq oxu
Bakı. 27 dekabr. REPORT.AZ/ Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova azərbaycanlı həmkarı Elmira Süleymanova ilə iki ölkə arasında əməkdaşlığa dair saziş imzalamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rusiyanın Ombudsman Aparatının saytında məlumat verilir. Məlumata görə, Moskalkova 28-29 dekabr tarixlərində Azərbaycana işgüzar səfərə gələcək.