"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı yazıb.
Buna komandanın II divizionda qənaətbəxt nəticə göstərməməsi səbəb olub. "Kayzerslautern" çempionatın 17 turundan sonra turnir cədvəlində 19 xal ilə 13-cü yerdə qərarlaşıb. "Qırmızı şeytanlar" 4 qələbə və 7 heç-heçəyə nail olublar.
Tayfun Korkut "Kayzerslautern"ə ötən yay gətirilib. 42 yaşlı mütəxəssis bunadək "Hannover 96" klubunu çalışdırıb (2014-2015). Lakin türk məşqçi oradan da istefaya göndərilib.
Qeyd edək ki, Korkut futbolçu ikən "Ştutqarter Kikers", "Fənərbaxça", "Real Soseydad", "Espanyol", "Beşiktaş" və "Gənclərbirliyi" komandalarının şərəfini qoruyub.