Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova üçüncü müddətə bu vəzifəyə namizədliyinin irəli sürülüb-sürülməyəcəyi məsələsinə münasibət bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, E. Süleymanova bu məsələ ilə bağlı qərarı gözlədiklərini deyib.

Qeyd edək ki, E. Süleymanova ikinci müddətə 2010-cu ilin martında insan haqları üzrə müvəkkil seçilib. Ombudsmanın səlahiyyət müddəti 7 ildir.

Milli.Az