Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Xəyal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, X.Həsənov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il avqustun 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Kəmalə Həsənovaya evində qohumu olan Xəyal Həsənov tərəfindən münaqişə zəminində bıçaqla xəsarət yetirilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həsənov tutulub.

Milli.Az