“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu regonla təcili xidmət qurumundan bildiriblər.
“Kuban-Spas” xilasetmə dəsətəsinin əməkdaşları sahilboyu ərazidə axtarışı davam etdirir. İlkin olaraq, yanvarın 9-dək axtarış aparılacaq. Xilasedicilər üçün istirahət və bayram günləri yoxdur. Biz gecə-gündüz işləyirik” - xidmətin nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, ötən gün qəza baş verən yerdə axtarış-xilasetmə əməliyyatının əsas mərhələsi başa çatdığı barədə məlumat yayılıb. Xilasedicilər indiyədək 19 meyiti dənizdən çıxarıblar, onlardan birinin kimliyi bilinib və dəfn edilib.
Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Suriya istiqamətində gedən Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişin olub.